ABŞ-da ilk dəfə olaraq ev şəraitində HİV/QİCS virusunun yoxlanılması testi icad edilib

ABŞ-da ilk dəfə olaraq ev şəraitində HİV/QİCS virusunun yoxlanılması testi icad edilib
# 04 iyul 2012 04:45 (UTC +04:00)
Bakı-APA. Dünyada ilk dəfə olaraq ev şəraitində HİV/QİÇS virusuna yoluxub-yoluxmamağın müəyyən edilməsi üçün ekspress-test ABŞ-ın dərman preparatlarının keyfiyyəti üzrə federal idarə tərəfindən bəyənilib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, “OraKuik” adlı maddə 40 dəqiqə ərzində tüpürcəkdə anticisimlər tapmağa qadirdir.

Express-testlər apteklərdə reseptsiz satılacaq. ABŞ-da ümid edirlər ki, express-testlər virusa yoluxan, lakin bu barədə məlumatı olmayan insanların davranışını dəyişərək HİV/QİCS virusuna yoluxma hallarını azaldacaq.

ABŞ-da bu virusa yoluxan 1,2 mln insanların hər 5 nəfərindən biri HİV virusunun daşıyıcısı olduğunu bilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR