Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin sabiq müdirinə hökm oxunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin sabiq müdirinə hökm oxunub
# 11 oktyabr 2012 11:54 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Lənkəran Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kürdəmir rayon şöbəsinin sabiq müdiri Qismət Abdurahmanov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Q. Abdurahmanov 11 il, şöbənin əməkdaşı İradə Abbasova 10 il, Elman Rəhimov 8 il 6 ay , Namiq Məmmədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Asiya Nağdəliyeva isə 2 min manat cərimə olunub.

Həmin şəxslər korrupsiyaya qarşı mübarizə üzrə görülən tədbirlər nəticəsində saxlanılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR