MDB məkanında əmək miqrasiyası məsələləri Sankt-Peterburqda müzakirə olunacaq

MDB məkanında əmək miqrasiyası məsələləri Sankt-Peterburqda müzakirə olunacaq
# 06 aprel 2012 09:12 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Aprelin 10-da Sankt-Peterburqda MDB Parlament Assambleyasının mənzil-qərargahında “MDB məkanında əmək miqrasiyasının iqtisadi effekti və qanunvericilik tənzimlənməsi. Analiz və perspektivlər” mövzusunda dəyirmi masa keçiriləcək.

APA-Economics”in MDB-nin saytına istinadən xəbərinə görə, görüşdə MDB ölkələrinin miqrasiya siyasəti, əmək miqrasiyası sahəsində sazişlərin ratifikasiyasının iqtisadi nəticələri kimi məsələlər müzakirə olunacaq.

Bundan başqa, Avrasiya İnkişaf Bankının təqdimatı, İnteqrasiya Tədqiqatları Mərkəzinin fəaliyyətinin təsviri keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR