Azərbaycanın bəzi çaylarında daşqın olub

Azərbaycanın bəzi çaylarında daşqın olub
# 17 aprel 2012 09:29 (UTC +04:00)
APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Milli Hidrometeorologiya Departamentinin məlumatına bildirilir ki, aprelin 16-sı axşamdan 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, əksər rayonlarda yağış yağmış, şimşək çaxıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağışın miqdarı Rvarudda (Lerik) 35 mm, Kişçayda (Şəki) 38 mm, Başdaşağılda (Şəki) 24 mm, Şəkidə 22 mm, Balakəndə 21 mm, Daşkəsəndə 15 mm, Mingəçevirdə 14 mm, Lənkəranda 12 mm, Göygöldə (qoruq) 11 mm, Naftalan, Şəmkirdə 10 mm, Zaqatalada 9 mm, Sarıbaş (Qax), Xınalıq (Quba), Gəncədə 6 mm, Ağstafada 5 mm, Gədəbəy, Astara, Yardımlıda 3 mm, Salyan, Tovuzda 2 mm, Bərdə, Oğuz, Şamaxı, Göytəpədə 1 mm, Göyçay, İmişli, Tərtər, Mərəzə, Ələtdə 0.0-0.7 mm, Naxçıvan MR-da 1-2 mm, Qaradağda 2 mm təşkil edib.

Yağan intensiv yağışlar nəticəsində Kişçay, Şinçay, Əyriçay, Başdaşağılçayda sululuq artıb, qısamüddətli daşqın keçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR