Azərbaycanda BMT əməkdaşının anasının qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Azərbaycanda BMT əməkdaşının anasının qətlə yetirməkdə təqsirləndirilən  şəxsin məhkəməsi başlayıb
# 24 avqust 2012 14:12 (UTC +04:00)
APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışı sentyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, 23 yaşlı Natiq Hümbətov fevralın 17-də 74 yaşlı Elmira İsmayılovanı qarət məqsədi ilə qətlə yetirib. N. Hümbətov istintaqa verdiyi ifadəsində qadını öldürmək üçün mənzilə daxil olanda özü ilə benzin də götürdüyünü bildirib. Qadını yaşadığı evin mətbəxində öldürdükdən sonra N. Hümbətov izi itirmək məqsədi ilə mənzili yandırmaq qərarına gəlib. Bu niyyətlə o, özü ilə gətirdiyi benzini meyitin üzərinə və otaqlara töküb. N. Hümbətov meyitə od vuraraq evdə olan 25 min manat pulu götürmək istəyib. Lakin alov sürətlə bütün evi bürüyüb, yanğından təlaşa düşən N. Hümbətov pulu götürmədən evdən çıxıb.

Xatırladaq ki, qətlə yetirilən qadın BMT-nın Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR