«Texnikabank»ın plastik kartları «Azericard» sisteminə inteqrasiya olunur

«Texnikabank»ın plastik kartları «Azericard» sisteminə inteqrasiya olunur
# 04 iyul 2012 10:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» ASC bu gün plastik kartlarla əməliyyatların aparılmasını «Azericard» Prossesinq Mərkəzinə köçürülməsini həyata keçirir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu inteqrasiya sayəsində bank yaxın zamanda müştərilərə bir sıra yeni xidmətlər təklif etməyi planlaşdırır: «Azericard» Prossesinq Mərkəzinin imkanlarından geniş istifadə etməklə avtomatlaşdırılmış bank sisteminə keçid və qabaqcıl texnologiyaların tətbiqi nəzərdə tutulub».

«Bank əməliyyatlarının maksimal dərəcədə avtomatlaşdırılması və yeni layihələrin həyata keçirilməsi üçün daha geniş imkanlara malik olan «Azericard» Prossesinq Mərkəzinə inteqrasiya müştərilərə rahat və daha yüksək bank xidmətləri təklif etmək məqsədi daşıyır», - deyə bankdan bildirilib.

Qeyd edək ki, inteqrasiyanın həyata keçirilməsi ilə əlaqədar olaraq bu gün saat 12:00-dan 15:00-dək plastik kartlarla əməliyyatlar məhdudlaşdırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR