Son 5 il ərzində Azərbaycanda dövlət qulluğuna sənəd verən 30 minə yaxın namizədin 78 faizi gənclər olub

Son 5 il ərzində Azərbaycanda dövlət qulluğuna sənəd verən 30 minə yaxın namizədin 78 faizi gənclər olub
# 21 iyun 2012 10:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Son 5 il ərzində Azərbaycanda dövlət qulluğuna sənəd verən 30 minə yaxın namizədin 78 faizi gənclər olub. APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədr müavini Vəfadar Misirov bildirib. O deyib ki, indiyədək dövlət qulluğuna keçirilən test imtahanlarının qaliblərinin 85, müsahibə qaliblərinin 80, dövlət qulluğuna təyin olunanların 80 faizini gənclər təşkil edib.

V. Misirov bildirib ki, 2009-cu ildə Nazirlər Kabinetinin qərarı ilə dövlət qulluğunda işləmək üçün əmək stajı tələbi götürüldükdən sonra gənclərin dövlət qulluğuna axını çoxalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR