Bakıda tələbə konfransı keçiriləcək

Bakıda tələbə konfransı keçiriləcək
# 12 may 2012 07:44 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. İyunun 17-də Bakıda «Avropa İttifaqı modeli» mövzusunda tələbə konfransı keçiriləcək.

APA-nın Aİ-nin Azərbaycandakı nümayəndəliyinə istinadən verdiyi xəbərə görə, Avropa İttifaqının fəaliyyət proseduralarının modelləşdirilməsini əhatə edən bu konfrans çərçivəsində Azərbaycandakı universitetlərin tələbələrə Aİ səviyyəsində qəbul olunan qərarlar, aparılan danışıqlar prosesləri, habelə bilavasitə beynəlxalq diplomatiya sahəsində təcrübə haqqında ətraflı məlumat veriləcək.

Qeyd edək ki, konfransda iştirak etmək üçün yerli dövlət və özəl ali təhsil ocaqlarında təhsil alan 30 tələbə seçiləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR