“Qəbələ” Avropaya yollanır

“Qəbələ” Avropaya yollanır
# 16 may 2012 13:09 (UTC +04:00)
Bakı – APA. “Qəbələ” növbəti mövsümə hazırlığın əsas hissəsini Avropada keçirəcək. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Fatih Kavlak məlumat verib.

Türkiyəli çalışdırıcı bu məqsədlə Avstriyada təlim-məşq toplanışı keçmək variantını nəzərdən keçirdiklərinin bildirib: “Biz Avstriya və ona yaxın ölkələri nəzərdən keçiririk. Baş menecerimiz Zaur Əzizov hazırda bu işlərlə məşğuldur. Avstriyada şərait yaxşı olduğundan, orada hazırlıq keçmək daha məqsədəuyğundur. İyunun sonunda Qəbələdə yığışıb, hazırlığın ilk mərhələsini keçdikdən sonra Avropaya yollanacağıq. Səfər iyulun ortasına kimi baş tutacaq və toplanış 12-14 günlük olacaq”.

Qeyd edək ki, tarixində daha çox Türkiyədə hazırlıq keçən, ötən yay İngiltərənin paytaxtı Londonda təlim-məşq toplanışında olan “Qəbələ” hələ Avstriyaya getməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR