Həştərxanda Müqəddəs Knyaz Vladimirin abidəsinin təməlqoyma mərasimi keçirilib

Həştərxanda Müqəddəs Knyaz Vladimirin abidəsinin təməlqoyma mərasimi keçirilib
# 12 sentyabr 2012 14:04 (UTC +04:00)
Bakı – APA. Sentyabrın 12-də Həştərxanda Müqəddəs Knyaz Vladimirin məbədi önündə knyaz Vladimirin abidəsinin təməlqoyma mərasimi keçirilib. APA-nın “AzərTac” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Knyaz Vladimirin abidəsinin ucaldılması barədə qərar Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir. Abidənin inşası Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçiriləcək. Hündürlüyü 14,5 metr olacaq abidənin maketi hazırlanır.

Maketi Azərbaycan və Rusiya heykəltəraşları hazırlayacaqlar. Abidənin ətrafında park salınacaq, ərazi abadlaşdırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR