Salyan rayonunda 14 yaşlı qız intihar edib

Salyan rayonunda 14 yaşlı qız intihar edib
# 16 may 2012 08:30 (UTC +04:00)
Salyan. Əlibəy Zeynallı-APA. Azərbaycanın Salyan rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon Prokurorluğundan məlumat verilib. Rayonun Həsənli kənd sakini, 1998-ci il təvəllüdlü Aytac Vaqif qızı Cəfərova normadan artıq miqdarda dərman preparatı qəbul edərək intihar edib.
Aytac Cəfərova Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər. İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR