Dünən xəstəxanaya yerləşdirilən xalq artisti İlham Əsgərovun vəziyyəti yaxşılaşıb

Dünən xəstəxanaya yerləşdirilən xalq artisti İlham Əsgərovun vəziyyəti yaxşılaşıb
# 26 may 2012 07:39 (UTC +04:00)
Bu barədə APA-ya aktyorun həkimi, Mərkəzi Klinik Xəstəxananın nevropotoloqu Gülşən Quliyeva bildirib.

Onun sözlərinə görə, aktyorda keçici işemik həmlə baş verib. Hazırda İ.Əsgərovun vəziyyəti yaxşıdır. G. Quliyeva aktyorun vəziyyətinin pisləşməsini yorğunluqla və çox işləməklə əlaqələndirib, onun daha bir neçə gün xəstəxanada qalacağını deyib.

Qeyd edək ki, aktyor dünən dublyajda olarkən özünü pis hiss edib və təcili yardımla Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb. 47 yaşlı xalq artisti iki il əvvəl beyin insultundan müalicə olunub. Həkimlər ona gərgin iş rejimindən uzaq olmağı tövsiyyə ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR