Gəncədə Mədəniyyət klubu yanıb

Gəncədə Mədəniyyət klubu yanıb
# 02 aprel 2012 07:30 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncədə Mədəniyyət klubunda yanğın baş verib. Bu barədə APA-nın Qərb bürosuna Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən bildirilib. “Poçt” qəsəbəsi yaşayış massivində, Aydınbəyov küçəsində yerləşən Mədəniyyət klubunda baş verən hadisə barədə məlumat daxil olan kimi yanğınsöndürmə briqadaları dərhal hadisə yerinə cəlb edilib. Yanğın söndürənlərin ciddi səyinə baxmayaraq, ümumi sahəsi 325 kvadratmetr olan mədəniyyət klubunun 190 kvadratmetri yanaraq yararsız hala düşüb.
Yanğının hansı səbəbədən baş verdiyi məlum deyil. Faktla əlaqədar araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR