Azərbaycanın xarici işlər naziri sentyabrın 28-də BMT Baş Assambleyasında çıxış edəcək

Azərbaycanın xarici işlər naziri sentyabrın 28-də BMT Baş Assambleyasında çıxış edəcək
# 24 sentyabr 2012 07:47 (UTC +04:00)
APA-nın BMT-nin mətbuat mərkəzinə istinadən yaydığı məlumata görə, Baş Assambleyada ümumi debatlar sabah başlayacaq və oktyabrın 1-dək davam edəcək. Bu müddət ərzində Baş Assambleyada 116 dövlət və hökumət başçısı, xarici işlər nazirləri, nümayəndə heyətlərinin rəhbərləri çıxış edəcəklər. Ənənəyə uyğun olaraq müzakirələrdə ilk olaraq Braziliya və ABŞ nümayəndələrinin çıxışı nəzərdə tutulub.

Sentyabrın 26-da Ukrayna, Polşa, İran, Misir prezidentləri, Böyük Britaniya və İtaliyanın baş nazirləri çıxış edəcək. Rusiyanı Baş Assambleyada xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Onun çıxışı sentyabrın 28-nə nəzərdə tutulub. Həmin gün Özbəkistan və Azərbaycanın xarici işlər nazirləri də Baş Assambleyada çıxış edəcəklər. Ermənistan və Belarus xarici işlər nazirlərinin çıxışı oktyabrın 1-nə planlaşdırılıb.

Dinləmələrin əsas mövzusu beynəlxalq mübahisələrin sülh yolu ilə həlli və nizamlanması olacaq.

Xatırladaq ki, BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri Serbiyanın sabiq xarici işlər naziri Vuk Yeremits seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR