Bu gün BBVB-nin valyuta bölməsində əqdlər bağlanılmayıb

Bu gün BBVB-nin valyuta bölməsində əqdlər bağlanılmayıb
# 04 iyul 2012 14:58 (UTC +04:00)
Bakı – APA-Ecnomics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,7850 AZN/USD təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,7850 AZN/USD təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər bağlanılmayıb. Sessiyanın nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər bağlanılmayıb. Sessiyanın nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-də USD/AZN T+0 aləti üzrə əqdlər bağlanılmayıb.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

EUR/USD_TOD, EUR/USD_TOM alətləri üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilib, amma əqdlər bağlanılmayıb.

BEST sistemində fəalliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 13,50%, ABŞ dolları üzrə isə illik 14,25% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR