Sabah Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçiriləcək

Sabah Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçiriləcək
# 30 iyul 2012 08:02 (UTC +04:00)
APA-nın məlumatına görə, sabah respublikanın bütün şəhər və rayonları üzrə idarə və bölmə rəisləri nazirliyə toplaşacaq.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçiriləcək kollegiya iclası cari ilin I yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. Kollegiyada respublikada törədilən mülkiyyət əleyhinə cinayət hadisələri, həmin cinayətlərin açılması və kriminogen durum müzakirə ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR