Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında qətnamə və beynəlxalq gənclər təşkilatlarına müraciət qəbul olunub

Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında qətnamə və beynəlxalq gənclər təşkilatlarına müraciət qəbul olunub
# 12 mart 2012 14:25 (UTC +04:00)
APA-nın məlumatına görə, qətnamədə dünya birliyinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli naminə öz səylərini səfərbər etməyə çağırış yer alıb. Həmçinin, sənəddə gənclərə dövlət qayğısının artırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və intellektual potensialının inkişafı istiqamətində keçirilmiş tədbirlər təqdir edilib. Qətnamədə Dünya Azərbaycanlı Gənclər Birliyinin Nizamnaməsi təsdiq edilib. Bundan başqa, Dünya Azərbaycanlı Gənclər Birliyinin icra orqanlarına tapşırılıb ki, bir ay müddətində Birliyin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri hazırlayıb Azərbaycanın Ədliyyə Nazirliyinə təqdim etsin.

Qurultayda Dünya Azərbaycanlı Gənclər Birliyinin beynəlxalq gənclər təşkilatlarına müraciəti də qəbul olunub. Müraciətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlar yer alıb. Müraciətdə gənclər təşkilatları Cənubi Qafqaz regionunun əmin-amanlığı, bu bölgədə yaşayan insanların təhlükəsizliyi, uşaqların gələcəyi naminə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün iş aparmağa çağırılır.

Qurultayda təşkilatın Nizamnaməsi və Fəaliyyət Proqramı da qəbul edilib. Bundan başqa, Dünya Azərbaycanlı Gənclər Birliyi Azərbaycan prezidenti İlham Əliyevə müraciət də ünvanlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR