Azərbaycan prezidenti Misir Ərəb Respublikası Silahlı Qüvvələri Ali Şurasının sədrinə başsağlığı verib

Azərbaycan prezidenti Misir Ərəb Respublikası Silahlı Qüvvələri Ali Şurasının sədrinə başsağlığı verib
# 03 fevral 2012 15:51 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Misir Ərəb Respublikası Silahlı Qüvvələri Ali Şurasının sədri, marşal Məhəmməd Hüseyn Tantaviyə başsağlığı məktubu ünvanlayıb. APA-nın məlumatına görə, Port-Səid şəhərindəki stadionda baş vermiş iğtişaşlar nəticəsində çoxsaylı insan tələfatı xəbərindən olduqca kədərləndiyini qeyd edən prezident İ. Əliyev faciə ilə əlaqədar Tantaviyə, həlak olanların ailələrinə və bütün Misir xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, Misirin “Əl-Əhli” və “Əl-Masri” futbol komandaları arasında keçirilən oyunda baş verən iğtişaşda 76 nəfər ölüb, 1000-dək insan yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR