Azərbaycanın Cəlilabad rayonunda yaşayış evində partlayış olub, xəsarət alanlar var

Azərbaycanın Cəlilabad rayonunda yaşayış evində partlayış olub, xəsarət alanlar var
# 03 fevral 2012 15:03 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Cəlilabad şəhərində yaşayış evində partlayış olub. APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib. Cəlilabadda vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan ikiotaqlı fin tipli evdə otaqların birində baş verən partlayış nəticəsində otağın damı çöküb, qapı və pəncərəsi çərçivədən çıxıb, evdə olan iki nəfər yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR