Gürcüstan parlamenti qarşısında səssiz aksiya keçirilib - FOTO

Gürcüstan parlamenti qarşısında səssiz aksiya keçirilib - <font color=red>FOTO</font>
# 03 fevral 2012 16:11 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan parlamenti qarşısında səssiz aksiya keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, qeyri-hökumət təşkilatlarının, gürcü ali məktəblərində təhsil alan tələbələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən səssiz aksiya Gürcüstanın keçmiş baş naziri Zurab Jvaniyanın ölümünün 7-ci ildönümünə həsr edilib. Aksiya iştiakçıları əllərində müxtəlif məzmunlu şüarlar tutaraq Zurab Jvaniyanın ölümünün səbəblərini araşdırmağı tələb ediblər. “Qruzinskaya meçta” QHT-nin nümayəndəsi David Paçaçiya APA-ya açıqlamasında Zurab Jvaniyanın meyitinin 2005-ci il fevralın 3-də Tiflis şəhərinin Saburtalo küçəsindəki mənzilində tapıldığını bildirib və əlavə edib ki, onunla birlikdə bir azərbaycanlının da meyidi tapılıb: “Bu şəxs Kvemo-Kartli bölgə qubernatorunun keçmiş müavini 27 yaşlı Raul Yusubov idi. Onun gürcü ictimaiyyətı arasında çox böyük nüfuzu var idi. O, həmişə azərbaycanlıların və Gürcüstanın maraqlarını müdafiə edirdi. Biz gənclər keçmiş baş nazir Zurab Jvaniyanın ölümünün müəmmalı şəraitdə baş verdiyini açıqlamağı tələb edirik. Hadisə baş verən zaman aparılan ilkin araşdırmalarda qeyd olunurdu ki, Zurab Jvaniya və Raul Yusubov dəm qazından boğulublar. Bu varianta o vaxtlar müxailifət və ictimaiyyət nümayəndələri inanmadılar. Sonradan beynəlxalq təşkilatların, jurnalist və QHT nümayəndələrinin araşdırmaları, eyni zamanda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi nümayəndələrinin araşdırmalarında qeyd olunub ki, mənzildə içki butulkası, stəkan, müxtəlif yeməklər və nərd tapılıb, lakin heç bir əşyanın üstündə Zurab Jvaniyanın əl izləri olmayıb və eyni zamanda mənzilin ventilyasiya qurğuları işlək vəziyyətdə imiş. Bu təsdiq edir ki, mənzildə qaz sızmasından heç kim boğulmayıb və meyit başqa yerdən o mənzilinə gətirilib. Bu hadisələr bizi çox kədərləndirib. Aksiyada iştirak edən Zurab Jvaniyanın həyat yoldaşı və uşaqları və ictimaiyyət nümayəndələri tələb edirlər ki, istintaq yenidən başlasın və günahkarlar cəzalandırılsın. Xalq həqiqəti bilmək istəyir. Düşünürəm ki, əgər bu cinayət hadisəsi indi də dərindən araşdırılıb cinayətkarlar tapılmasa, bu, mütləq gələcəkdə tapılacaq və günahkarlar layiqincə cəzalandırılacaq.”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR