Azərbaycan və Almaniya alimləri Qobustanda neft-qazlılığın perspektivləri ilə bağlı tədqiqatlar aparacaqlar - FOTO

Azərbaycan və Almaniya alimləri Qobustanda neft-qazlılığın perspektivləri ilə bağlı tədqiqatlar aparacaqlar - <font color=red>FOTO</font>
# 19 oktyabr 2012 10:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Almaniyanın nüfuzlu RWE elmi-texniki şirkəti ilə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi bağlanıb. İnstitutun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məqsəd Abşeronun cənub hissəsinin və Qobustanın dənizlə quru ərazinin keçid zonasında neft-qazlılığın perspektivliyini öyrənməkdir. Sənəd AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə və Almaniya təşkilatının Azərbaycan üzrə layihə meneceri Yürgen Şober tərəfindən imzalanıb.

A. Əlizadə qeyd edib ki, sözügedən ərazilərdə dənizin dərinliyi cəmi 20-30 metr olduğuna görə mövcud texnologiyalarla geofiziki tədqiqatlar aparmaq mümkün olmayıb. Lakin bu zolaqla qonşu olan quru və su sahələrində vaxtilə qazılmış məhsuldar quyular ərazinin perspektivli olduğuna inanmağa əsas verir. Odur ki, RWE həmin ərazidə bu günə qədər aparılmış tədqiqat və qazıma işlərinin nəticələrini yenidən təhlil etməyi, əlavə çöl işləri aparmağı və nəticədə zolağın perspektivliyini müəyyən etməyi Geologiya İnstitutuna sifariş edib. Müqavilə birillikdir, noyabrın 1-dən tədqiqat və çöl işlərinə başlamaq nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR