İctimai Palata paytaxtda yürüş keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

İctimai Palata paytaxtda yürüş keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
# 05 oktyabr 2012 14:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İctimai Palata (İP) paytaxtda yürüş keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

İP-in katibi Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, aksiyanın keçirilməsi ilə bağlı rəsmi müraciət bu gün İcra Hakimiyyətinə təqdim olunub. Məktubda İP-in oktyabrın 13-də saat 16.00-dan 18.00-a qədər olan müddətdə Bakının keçmiş Əzizbəyov heykəlinin qarşısından Parlament prospekti ilə Milli Məclisin qarşısınadək yürüş keçirəcəyi göstərilib.

G. Aslanlı qeyd edib ki, yürüşdə parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin keçirilməsi tələb olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR