«Budad» kvasları satışdan yığışdırılır

«Budad» kvasları satışdan yığışdırılır
# 15 avqust 2012 12:37 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 4-cü mədən küçəsi, 276-cı məhəllədə «Budad Food Company» MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı qazsız suların etiketində suyun mənbəyi və hazırlanması barədə məlumatların, kvas içkisinin etiketində isə içkinin tipi barədə məlumatın göstərilmədiyi müəyyən edilib.

Yoxlama zamanı müəssisənin anbarında aşkar edilmiş satışa hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən kvas içkisinin tərkibində turşuluğun və mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərinin sayının normadan çox olduğu, qazlı suların tərkibində mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərinin sayının normadan çox olduğu, qazsız sularda isə mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərinin sayının və bağırsaq çöpləri qrupundan olan bakteriyalardan koli-indeksin normadan çox olduğu aşkarlanıb.

Bununla əlaqədar, kvas içkisinin, qazsız və qazlı suların istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, habelə istifadə üçün yarasız olan 11 559,4 litr sərinləşdirici içkinin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən «Budad Food Company» şirkətinə icrası məcburi göstəriş verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR