Gənc sərhədçilər and içiblər

Gənc sərhədçilər and içiblər
# 18 avqust 2012 23:30 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsində (SD) gənc əsgərlərin andiçmə mərasimi və Sərhəd Qoşunlarının yaranmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, mərasimdə çıxış edən Zaqatala SD-nin komandiri Hicran Hüseynov və Zaqatala Rayon İcra Hakimiyytinin başçısı Mübariz Əhmədzadə gənc əsgərləri hərbi andı qəbul etməsi və Sərhəd Qoşunlarının yaranmasının 93-cü ildönümü münasibəti ilə təbrik edib.

Daha sonra gənc əsgərlər and içiblər.

Mərasimdə xidmətdə fərqlənən sərhədçilərə rütbə və orderlər təqdim edilib.

Rəsmi hissə başa çatdıqdan sonra mərasim konsert proqramı ilə davam etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR