Asiya İnkişaf Bankı Azərbaycan regionlarında elektrik paylayıcı şəbəkələrin tikintisini maliyyələşdirə bilər

Asiya İnkişaf Bankı Azərbaycan regionlarında elektrik paylayıcı şəbəkələrin tikintisini maliyyələşdirə bilər
# 20 aprel 2015 14:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan və Asiya İnkişaf Bankı (AİB) arasında energetika sahəsində əlavə vəsaitlərin ayrılması ilə bağlı danışıqlar gedir.

"APA-Economics"in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov mətbuat konfransında bildirib.

Nazir bildirib ki, Azərbaycanda, xüsusilə də regionlarda elektrik paylayıcı şəbəkələrin yenidən qurulmasına ehtiyac var: "Bu sahəyə də əlavə vəsaitin qoyulmasına ehtiyac var. Bununla da hökumət elektrik enerjisinin paylanmasını daha etibarlı, daha ucuz, daha səmərəli etmək istəyir. Çünki, əfsus ki, bu gün itkilərimiz çoxdur. Şəbəkələrin səviyyəsi, texniki standartları o qədər yüksək deyil və buna görə də müştərilərə çatdırılma zamanı istehsal etdiyimiz elektrik enerjisinin müəyyən miqdarını itirmək məcburiyyətindəyik. Şübhəsiz, bu sahəyə də diqqət artırılmalıdır və bu istiqamətdə də işlər aparılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR