Piyadanın ölümünə səbəb olan avtobus sürücüsü 7 il azadlıqdan məhrum edilib

Piyadanın ölümünə səbəb olan avtobus sürücüsü 7 il azadlıqdan məhrum edilib
# 26 sentyabr 2017 10:34 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şahbəddin Məsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ş. Məsimov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu yanvarın 13-də Xətai rayonunun G.Mehmandarov küçəsində Bakı şəhər sakini Şahbəddin Məsimov 40 saylı marşrut xətti üzrə idarə etdiyi "Daevoo" markalı avtobusla yolu keçən paytaxt sakinləri Maşallah Məmmədovu və qardaşı Namiqi Məmmədovu vurub. Xəsarət alan N. Məmmədov yanvarın 29-da evində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR