Bakıda mikroavtobus yanıb

Bakıda mikroavtobus yanıb
# 17 may 2016 14:38 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mikroavtobus yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Vətəndaşa məxsus "RAF" markalı mikroavtobusun salonu yanıb. Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR