Bakıda mənzildən oğurluq edən iki bacı və onların qardaşı tutulub

Bakıda mənzildən oğurluq edən iki bacı və onların qardaşı tutulub
# 19 sentyabr 2016 10:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mənzildən xeyli miqdar pul və qızıl oğurlanıb.

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Natəvan Nağıyevanın evindən 4000 manat pul və 8000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Rəvanə Dadaşova, əvvəllər məhkum olunmuşlar qardaşı Vüsal və bacısı Əfsanə tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR