Bakıda suda batan avtobusun sərnişinləri xilas edilib

Bakıda suda batan avtobusun sərnişinləri xilas edilib
# 30 sentyabr 2016 11:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sentyabrın 29-da yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri, Suraxanı rayonunda avtomobil yoluna yığılan yağış suları “İSUZU” markalı avtobusun hərəkətini məhdudlaşdırıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtobusda olan 2 nəfərə müvafiq köməklik göstəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR