Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Festivalda iştirak edəcək

Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Festivalda iştirak edəcək
# 19 may 2016 09:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Moskva vilayətinin Lobnya şəhərində keçirilən “Rus klassikası” Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 21-dən 29-dək davam edəcək festivalda ölkəmizi əməkdar artist Şövqi Hüseynov N.V.Qoqolun “Dəlinin qeydləri” mono-tamaşası ilə təmsil edəcək. Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır.

Festivalda Azərbaycanla yanaşı, Almaniya, ABŞ, İspaniya, İsrail və Rusiyanın müxtəlif şəhərlərindən olan teatr kollektivlərinin tamaşaları nümayiş etdiriləcək.

Qeyd edək ki, 1995-ci ildən keçirilən festivalın əsas məqsədi klassik Rus ədəbiyyatı, musiqi və xoreoqrafiyasını əhatə edən Rus teatr incəsənətinə gənc auditoriyanın marağını daha da artırmaq, uşaqların tərbiyə olunması və inkişafında yeni teatr metodlarından geniş istifadə etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR