UEFA Çempionlar Liqasının matçlarını istirahət günlərində keçirməyi planlaşdırır

UEFA Çempionlar Liqasının matçlarını istirahət günlərində keçirməyi planlaşdırır
# 08 may 2016 00:44 (UTC +04:00)

Bakı-APA. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının matçlarını 2021-ci ildən etibarən istirahət günlərində keçirə bilər. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu ideya təşkilatın turnirə tamaşaçı marağını daha da artırmaq niyyəti ilə bağlıdır. Lakin televiziya yayımı ilə bağlı bağlanmış müqavilələrə görə qeyd olunan dəyişikliyin yalnız 5 ildən sonra tətbiq ediləcəyi gözlənilir.

“Biz bütün maraqlı tərəflərlə daim təmasdayıq və istənilən qərar onlarla razılaşdırıldıqdan sonra veriləcək. Hələlik klub turnirlərinin keçirilməsi formatında hər-hansı dəyişiklik barədə danışmaq çox tezdir”, - UEFA-nın mətbuat xidmətindən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR