Gümrüdə Avetisyanlar ailəsinin üzvləri etiraz aksiyası keçirir

Gümrüdə Avetisyanlar ailəsinin üzvləri etiraz aksiyası keçirir
# 16 yanvar 2016 10:43 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistanda ötən ilin yanvarında qətlə yetirilmiş Avetisyanlar ailəsinin qohumları bu gün Gümrü şəhərinin mərkəzi meydanına toplaşıblar.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, onlar məhkəmə iclaslarının normal şərtlər altında keçirilməsini tələb ediblər.

“Biz məhkəmə prosesinin harada keçirilməsindən asılı olmayaraq, orada iştirak etmək istəyirik. Lakin indi hətta anlamırıq iclas nə vaxt başlayır, nə vaxt bitir. Nəinki oturmağa, heç ayaq üstdə dayanmağa da yer olmur. Hüquqşünaslarımız bazar ertəsi müvafiq ərizə ilə müraciət edəcəklər”, - deyə öldürülən Asmik Avetisyanın bacısı Rita Petrosyan bildirib.

Məhkəmənin növbəti iclası yanvarın 18-nə təyin edilib.

Xatırladaq ki, Avetisyanlar ailəsinin 7 üzvü Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov tərəfindən qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR