Azərbaycanın xarici ticarət əməliyyatlarındakı müsbət saldo 5,7 dəfə azalıb

Azərbaycanın xarici ticarət əməliyyatlarındakı müsbət saldo 5,7 dəfə azalıb
# 22 yanvar 2016 08:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 20 mlrd. 645 mln. 880,2 min ABŞ dolları təşkil edib. “APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 33,44% azdır.

2015-ci ildə idxal əməliyyatları 9 mlrd. 221 mln. 402,86 min dollar olub ki, bu da 2014-cü illə müqayisədə 0,36% çoxdur.

Belə ki, ötən il ərzində ölkənin ixrac əməliyyatları üzrə 11 mlrd. 424 mln. 477,34 min dollar olub ki, bu ötən illə müqayisədə 47,66% azdır.

Nəticədə 2 mlrd. 203 mln. 74,48 min dollar müsbət saldo yaranıb ki, bu da 2014-cü illə müqayisədə 5,73 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR