Bakı-Quba yolunda avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Quba yolunda avtomobil piyadanı vuraraq öldürüb
# 28 noyabr 2016 10:08 (UTC +04:00)

Bu gün Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın 156-cı kilometrliyində, Pirvahid kəndi ərazisində qeydə alınıb.

1964-cü il təvəllüdlü İlham İdrisov yolu keçmək istəyərkən avtomobil onu vurub.

Xəsarət alan piyada Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR