Baş Prokurorluğun əməkdaşı korrupsiyaya qarşı mübarizə mövzusunda keçirilmiş beynəlxalq təlimə qatılıb

Baş Prokurorluğun əməkdaşı korrupsiyaya qarşı mübarizə mövzusunda keçirilmiş beynəlxalq təlimə qatılıb
# 24 noyabr 2017 06:56 (UTC +04:00)

Parisdə Fransanın Milli İdarəçilik Məktəbi (ENA) tərəfindən “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təşkil olunmuş təlim kursu keçirilib.

Baş Prokurorluqdan APA-ya bildirilib ki, korrupsiyaya qarşı mübarizə sahəsində Fransa hökumətinin təcrübəsinin və bu sahədə qazanılmış son nailiyyətlərin iştirakçı dövlətlər arasında mübadiləsi məqsədi ilə təşkil olunmuş təlim kursunda 22 ölkədən 38 nümayəndə, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış hüquq mühafizə orqanlarının və qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.


Təlim kursunda Azərbaycan Baş Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Ziya Hacıyev təmsil edib.


Tədbir çərçivəsində təqdimatla çıxış edən Z. Hacıyev ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində keçirilmiş kompleks, sistemli və ardıcıl islahatlar, bu sahədə respublikamızın bir çox beynəlxalq təşkilatlar, ixtisaslaşmış qurumlarla ikitərəfli və çoxtərəfli müqavilələr əsasında qarşılıqlı və səmərəli əməkdaşlığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

İştirakçılar tərəfindən təqdir edilən ölkəmizin korrupsiyaya qarşı mübarizə modeli, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və “ASAN” xidmət mərkəzlərinin uğurlu fəaliyyəti kursun təşkilatçıları tərəfindən də korrupsiya ilə mübarizə sahəsində uğurlu və qabaqcıl nümunə qismində vurğulanıb.

Təlimin yekununda Z. Hacıyevə Korrupsiyaya qarşı mübarizə Proqramının uğurla başa çatdırılması ilə əlaqədar sertifikat təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR