Banqladeşdə fabrikdə partlayış baş verib, 9 nəfər ölüb, 50 nəfər yaralanıb

Banqladeşdə fabrikdə partlayış baş verib, 9 nəfər ölüb, 50 nəfər yaralanıb
# 03 iyul 2017 23:31 (UTC +04:00)

Banqladeşin Qazipur dairəsində tikiş fabrikində güclü partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 9 nəfər ölüb, 50 nəfər yaralanıb.

Məlumata əsasən, müəssisənin istehsalat sexlərinin birində buxar qazanı partlayıb. “Multifabs Ltd” şirkətinə məxsus fabrikin binası qismən uçub. Ölənlərin sayının artması istisna deyil. Hadisə yerində xilasedici əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR