Gədəbəydə 4 otaqlı ev, Şəmkirdə mağaza yanıb

Gədəbəydə 4 otaqlı ev, Şəmkirdə mağaza yanıb
# 29 noyabr 2016 23:57 (UTC +04:00)

Gədəbəy və Şəmkirdə yanğın hadisə i qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gədəbəy rayonunda vətəndaşa məxsus ümumi sahəsi 162 m² olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin eyvanın tavanı 6 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Şəmkir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 125 m² olan ərzaq mağazasının anbarında lambir və qamışdan ibarət tavanı 2 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR