Sirac Kərimlinin apellyasiya şikayəti təmin edilməyib

Sirac Kərimlinin apellyasiya şikayəti təmin edilməyib
# 01 iyun 2015 08:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Sirac Kərimlinin apellyasiya şikayəti əsasənda məhkəmə prosesi başa çatıb.

S. Kərimlinin vəkili Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Sirac Kərimli ötən il iyulun 17-də həbs olunub.

Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham olunan S. Kərimli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR