İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Qusarda yerləşən hərbi hissədə monitorinq keçirib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Qusarda yerləşən hərbi hissədə monitorinq keçirib
# 23 may 2018 13:06 (UTC +04:00)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Qusarda yerləşən hərbi hissədə monitorinq aparıb.

Komitənin sədri Tural Hüseynov APA-ya bildirib ki, Müdafiə Nazirliyinin razılığı ilə həyata keçirilən monitorinq zamanı hərbi hissənin tibb məntəqəsi, yeməkxana, yataqxana və hamamına baxış keçirilib: “Tibb məntəqəsində əsgərlərin müayinəsi üçün hər cür şərait yaradılıb. Hərbi hissənin yeməkxana və çörəkbişirmə sexində sanitar-gigiyenik qaydalara yüksək səviyyədə əməl olunur. Əsgərlərin yeməyini mülki şəxslər bişirir və onlar həmçinin hərbi hissədə təmizlik işlərini həyata keçirirlər”.

T. Hüseynov hərbi hissədə qeyri-insani rəftar və ya işgəncə faktının qeydə alınmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR