Cəlilabadda ildırım düşməsi nəticəsində yanğın olub

Cəlilabadda ildırım düşməsi nəticəsində yanğın olub
# 25 sentyabr 2017 21:24 (UTC +04:00)

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Adnalı kəndində qeydə alınıb. Rayon ərazisində güclü yağan yağışdan sonra güclü ildırım çaxıb. Nəticədə istifadəsiz qalan köhnə mağaza binası alovlanıb.

Dərhal Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR