İsveçrədə tramvay yük maşını ilə toqquşub, 37 nəfər xəsarət alıb

İsveçrədə tramvay yük maşını ilə toqquşub, 37 nəfər xəsarət alıb
# 18 oktyabr 2017 21:53 (UTC +04:00)

İsveçrənin Muttenz şəhərində tramvay yük maşını ilə toqquşub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 37 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata əsasən, zərbənin gücündən tramvay relsdən çıxıb. Yaralıların 16-sı xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR