Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin işçilərinin sayı və maaşı müəyyənləşib

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin işçilərinin sayı və maaşı müəyyənləşib
# 25 avqust 2014 14:44 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqındaqərarında dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişiklik Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılması ilə bağlıdır.

Qərara əsasən, Tərcümə Mərkəzinin işçilərinin aylıq vəzifə maaşı müəyyənləşib. Tərcümə Mərkəzinin direktoru 1450 manat, direktor müavini 1050 manat, şöbə müdiri 870 manat, sektor müdiri, baş mühasib, müşavir 580 manat, mühasib, iqtisadçı, mütəxəssis, mətbuat katibi 530 manat, texniki redaktor 500 manat, sürücü və komendant 185 manat, proqramçı, kompüter operatoru, texnik və kargüzar 165 manat, fəhlə, xidməti otaqları yığışdıran 160 manat aylıq vəzifə maaşı alacaq. Eyni zamanda Tərcümə Mərkəzində bilavasitə ixtisası üzrə çalışan işçilərin müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat məbləğində əlavələr ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR