"FƏTH" və "HƏMAS" vahid Fələstin hökumətinin fəaliyyəti ilə bağlı razılığa gəlib

"FƏTH" və "HƏMAS" vahid Fələstin hökumətinin fəaliyyəti ilə bağlı razılığa gəlib
# 25 sentyabr 2014 17:18 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Fələstinin "FƏTH" və "HƏMAS" hərəkatlarının nümayəndələri arasında Fələstin prezidentinin rəhbərliyi altında hökumətin fəaliyyətini müəyyənləşdirən razılıq əldə olunub.

APA-nın “The Daily Star” nəşrinə istinadən verdiyi məlumata görə, sözügedən razılaşma əvvəllər rəqib hərəkatlar arasında fikir ayrılığına səbəb olan Qəzza zolağında idarəetmənin qaydalarını nəzərdə tutur.

“Mülki məmurlara bundan sonra məvacibi vahid hökumət verəcək, çünki onların hamısı fələstinli, hökumət isə bütün fələstinlilərin hökumətidir” – deyə FƏTH nümayəndəsi Əzzam Əhməd bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR