Salyan. Əlibəy Zeynallı - APA. Salyanda xırda buynuzlu heyvanları oğurlayan dəstə yaxalanıb.
Salyan Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də Elçin Əliyevə məxsus yardımçı təsərrüfatdan 22 baş qoyun oğurlamış şəxslər saxlanılıb.
Məlum olub ki, həmin şəxslər Füzuli rayon sakini, 1968-ci il təvəllüdlü Şahin İnşalla oğlu Əliyev və İmişli rayonunun Əliqulular kənd sakini, 1981-ci il təvəllüdlü Sakit Veysəl oğlu Ağayevdir. Oğurluqda iştirak etmiş üçüncü şəxs azyaşlı olduğundan, istintaqa cəlb edilməyib.
Faktla bağlı Salyan RPŞ-də araşdırma aparılır.