Azərbaycan milli komandası Avropa çempionatında ilk qələbəsini qazanıb

Azərbaycan milli komandası Avropa çempionatında ilk qələbəsini qazanıb
# 19 iyul 2014 09:27 (UTC +04:00)

Bakı – APA. Qadın basketbolçular arasında kiçik ölkələrin Avropa çempionatında növbəti oyunlar keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası yarışda son matçına çıxıb.

Baş məşqçi Tatyana Slojenitsinanın yetirmələri Cəbəllütariqlə qarşılaşıb. 5-7-ci yerlər uğrunda mübarizə aparan qrupun 2-ci oyunu millimiz üçün uğurlu alınıb.

Komandamız turnirdəki ilk qələbəsini əldə edib – 69:50 (12:6, 18:16, 17:14, 22:14). Bu qələbə millimizi qrupda 1-ci, ümumi sıralamada 5-ci yerə yüksəldib. Lakin son turun Uels – Cəbəllütariq qarşılaşması turnir cədvəlində dəyişikliyə səbəb ola bilər. Sonuncular 36-dan az top fərqi ilə qalib gəlsə, millimiz çempionatı 5-ci yerdə tamamlayacaq. Digər hallarda isə komandamız 6-cı olacaq.

yer

komanda

O

Q

M

T/F

X

1

Azərbaycan

2

1

1

136-119

3

2

Uels

1

1

0

69-67

2

3

Cəbəllütariq

1

0

1

50-69

1

Qeyd edək ki, Azərbaycan yığması I mərhələdəki hər 3 oyununda məğlub olmuşdu. Yığmamız Şotlandiyaya 56:66, Avstriyaya 29:94, Uelsə 67:69 hesabı ilə uduzmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR