Bakıda Gürcüstan vətəndaşı mağaza müdirini silahla hədələyib

Bakıda Gürcüstan vətəndaşı mağaza müdirini silahla hədələyib
# 25 avqust 2014 12:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda mağazadan oğurluğa cəıhd edən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 24-də Səbail rayonu ərazisində yerləşən “Komputerx” mağazasından 1 ədəd noutbuku oğurlamağa cəhd göstərmiş naməlum şəxs oranın sahibi Əhməd Nacizi ilə rastlaşdığından tapança ilə onu hədələyib hadisə yerini tərk edib.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşı Ramil Həsənov tutulmuşdur. Ondan qaz tapançası və 6 ədəd patron götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR