Məcburi köçkünlərin Hacıqabul rayonu ərazisində salınmış yeni qəsəbəyə köçürülməsinə başlanıb - FOTO

Məcburi köçkünlərin Hacıqabul rayonu ərazisində salınmış yeni qəsəbəyə köçürülməsinə başlanıb - <span style="color: red;">FOTO
# 27 noyabr 2014 14:28 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hacıqabul rayonu ərazisində məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə işlər tam başa çatıb və hazırda məcburi köçkünlərin köçürülməsinə başlanıb.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məcburi köçkünlərin qəsəbəyə köçürülməsi yaxın zamanlarda yekunlaşacaq.

Hacıqabul rayonu ərazisində yeni salınmış qəsəbə bütövlükdə 101 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ümumilikdə 30 hektar sahəni əhatə edən bu qəsəbənin ərazisində də, digər yerlərdə olduğu kimi, müasir standartlara tam cavab verən 150 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, ambulatoriya, poçt binası da tikilib. Yeni yaşayış qəsəbəsi daimi elektrik, qaz, su ilə tam təchiz edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR