Prezident İlham Əliyev Çingiz Muxtar oğlu Hüseynzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, Ç. Hüseynzadə Azərbaycanda Olimpiya Hərəkatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.