Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb.
APA-nın Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, Çolpon-Ata şəhərinin meri Rustam Kadırkulov və Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov bununla bağlı “Çolpon-Ata və Şuşa şəhərləri arasında qardaşlaşmış şəhər əlaqələrinin qurulmasına dair Memorandum”u mübadilə ediblər.