Bank Of Baku

Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ƏMTQ hədləri müəyyənləşib

Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ƏMTQ hədləri müəyyənləşib
# 27 oktyabr 2026 13:09 (UTC +04:00)

Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) hədləri müəyyənləşib.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Hədlər aşağıdakı kimi müəyyənləşdirilib:

- heyvandarlıq müəssisələri üçün layihə üzrə saxlama tutumu 1000 baş iribuynuzlu heyvan ekvivalenti (5 baş xırdabuynuzlu heyvan 1 baş iribuynuzluya, digər dırnaqlı heyvanların hər 1 başı 1 baş iribuynuzluya bərabər tutulmaqla);

- quşçuluq müəssisələri üçün 40 000 baş toyuq ekvivalenti (1 dəvəquşu 25 toyuğa, 1 hindquşu və ya qaz 5 toyuğa, 8 bildirçin 1 toyuğa bərabər tutulmaqla, inkubasiya mərhələsində olanlar istisna edilməklə);

- balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatları üçün illik məhsul həcmi 500 ton.

Aqroparklar göstərilən fəaliyyət növləri üzrə müəyyən edilmiş hədlərə bərabər və ya ondan çox göstəricilərə malik olduqda ƏMTQ-yə cəlb olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR